İraqdakı etirazlarda 7 nəfər ölüb

İraqdakı etirazlarda 7 nəfər ölüb
  05 Sentyabr 2018    Oxunub:2055
İraqın cənubundakı neftlə zəngin Bəsrə bölgəsində uzun müddətdir davam edən işsizlik, elektrik və içməli su problemi, həmçinin hökumətin pis sosial siyasəti və dövlət xidmətinin zəifliyi səbəbindən keçirilən kütləvi etiraz aksiyalarında 7 nəfər ölüb, 40-ı isə yaralanıb.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, iyulda qısa müddət ərzində İraqın iri şəhərlərini bürüyən, hətta paytaxt Bağdadı da əhatə edən etirazlar bir qədər səngisə də, dünəndən etibarən yenidən alovlanıb.

Aksiyaların bərpasına başlıca səbəb isə ötən gün İraq polisinin odlu silahdan atəş açaraq dinc nümayişçilərdən birini öldürməsidir. Bundan qəzəblənən bəsrəlilər inzibati binalara hücum edib, bir neçəsini yandırıb. Polisin güc tətbiq etməklə müdaxiləsi nəticəsində 7 etirazçı ölüb.

Hazırda Bəsrədə fövqəladə vəziyyət elan edilib və insanların küçələrə çıxmasına qadağa qoyulub.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Bəsrə  





Xəbər lenti