Yaponiya viza rejimini sadələşdirir

Yaponiya viza rejimini sadələşdirir
  05 Sentyabr 2018    Oxunub:1854
“Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nöqtədə yerləşir və Cənubi Qafqazda Tokionun əsas tərafdaşıdır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransı zamanı Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib.

Yaponiyalı nazir qeyd edib ki, bu əməkdaşlıq əlaqələri uğurla inkişaf edir: “Keçən il biz əlaqələrin qurulmasının 25 illiyini qeyd etdik. Həmçinin, biz Yaponiya şirkətlərinin də iştirak etdiyi Azəri-Çıraq-Günəşli yataqlarının işlənilməsi üzrə ötən il daha bir saziş imzaladıq. Bu, əməkdaşlığımızın güclənməsinə daha da təkan verəcək”.

Yaponiyalı nazir Azərbaycanla viza tələblərini asanlaşdırmaq qərarına gəldiklərini vurğulayıb: “Biz qarşılıqlı investisiyaların artırılması barədə müzakirələr apardıq. Bu xüsusda Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlmişik”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   Yaponiya   XİN   Viza  





Xəbər lenti