Pakistanın yeni prezidenti seçildi
Qeyd edək ki, Pakistanda sayca 13-cü prezident seçkiləri bu gün keçirilib. Hazırda Pakistan Mərkəzi Seçki Komissiyası (MSK) səslərin sayılması prosesini davam etdirir. Pakistanın fəaliyyətədə olan prezidenti, “Pakistan Müsəlman Liqası”nın təmsilçisi Məmnun Hüseyn ikinci dəfə bu posta yiyələnmək üçün öz namizədliyini irəli sürməkdən imtina edib. Hüseynin prezident səlahiyətlərinin müddəti 9 sentyabrda başa çatacaq.
Ekspertlərə görə, avqustun ortalarında keçirilən parlament seçkilərində yeni baş nazir İmran Xanın rəhbərliyi ilə “Təhriki İnsaf” partiyası inamlı qələbə qazanması və müxalifətin vahid nümayəndə təqdim edə bilməməsi Arif Əlvinin prezident seçilməsini labüd edib.
Pakistanda prezidenti səsvermə üsulu ilə xüsusi seçicilər kollegiyası seçir. Kollegiyaya Pakistan Federal Parlamentinin aşağı və yuxarı palatalarının (Milli Assambleya və Senat), həmçinin ölkənin 4 əyalətinin qanunverici məclisinin 1174 deputat və senatoru daxildir. Pakistanda prezident federasiyanın simvolu və dövlətin başçısı hesab olunur, baş nazirin tövsiyyəsi üzrə bütün səlahiyyətləri həyata keçirir.
Pakistanın yeni prezidenti Arif Əlvi “Təhriki İnsaf” (Ədalət Uğrunda Hərəkat) partiyasının təsisçilərindən biridir. 2006-2013- cü illərdə partiyanın baş katibi vəzifəsini icra edib. İxtisasca diş həkimidir.
Leyla Elbrusqızı
AzVision.az