“4 xarici dil bilən əməkdaşlarımız da var” - DYP-nin sözçüsü
“Elvin Xankişiyev Saray postunda xidmət göstərir. O, Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 1-ci tağımının inspektorudu. Çox intizamlı, nəzakətli bir polisdir. Hər zaman olduğu kimi, hər hansısa bir dövlət yol polisi əməkdaşının xarici dilləri bilməsi bizim üçün vacib məqamdır. BDYPİ rəhbərliyi tərəfindən YPX əməkdaşlarının xarici dilləri öyrənmələrinə xüsusi diqqət yetirilir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bununla bağlı müxtəlif treninqlər təşkil edilir və bizim əməkdaşlar buna böyük maraq göstərir.
Əməkdaşlarımız var ki, rus, inglis, fransız və alman dillərində sərbəst danışaraq fikirlərini rahat izah edə bilirlər.
Qeyd edim ki, DYP əməkdaşlarının eyni zamanda fiziki və peşə hazırlıqlarına da böyük diqqət göstərilir. Əməkdaşlarımız arasında fərqli idman növləri üzrə çox saylı Avropa, Dünya və Azərbaycan çempionları var. Vətənə və xalqa xidməti hər bir yol polisi böyük şərəflə həyata keçirir”.
BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirib ki, turizmin inkişafı polislərimizin də bir neçə dil bilməsini vacib edir: “21-ci əsrdə yaşayırıq. Müasir Azərbaycanın müasir polisi elə belə olmalıdır. Turizmin inkişafı yüksək səviyyəyə çatıb, dünyanın müxtəlif yerlərindən gələlənlər var, buna görə də polisin ingilis dilində danışması heç də təəccüblü deyil. Bu yaxşı haldır. ər bir əməkdaş çalışır ki, saxladığı sürücüyə fikrini izah edə bilsin. Əməkdaşlarımız təkcə ingilis dilini deyil, ərəb dilini də öyrənirlər. Buna maraqlı olan polislər işdən sonra fərdi qaydada dillər üzrə kurslara gedirlər”.
Şəhanə Rəhimli
AzVision.az
Teqlər: DYP