DYP reyd keçirdi: 2 sərxoş qadın sürücü tutuldu
Bundan başqa reyd zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Reyd zamanı həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.
Reyd zamanı ümumilikdə 30-dan çox sürücü barəsində inzibati qaydada protokol tərtib olunub, 15 sürücüyə isə xəbərdarlıq edilib. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
AzVision.az