"Ermənistandakı vəziyyət bizi narahat edir" - Lavrov

"Ermənistandakı vəziyyət bizi narahat edir" - Lavrov
  03 Sentyabr 2018    Oxunub:2621
“Ermənistandakı qeyri-sabit vəziyyətin davam etməsi bizi narahat edir. 10 il əvvəlki hadisələr araşdırılır, siz faktlar və həmin həbslər barədə bilirsiniz”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanda baş verən hadisələr ölkənin daxili işidir: “Lakin biz çox istəyirik ki, bütün bu daxili işlər qanunun möhkəm zəmininə dayansın”.

Nazir bildirib ki, yaxın zamanlarda Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə növbəti görüşü planlaşdırılır: “Düşünürəm ki, Ermənistanın yeni liderinin öz ölkəsində vəziyyətin inkişaf perspektivləri barədə nə düşündüyünü eşitmək bizim üçün vacibdir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti