"Lütfi Zadənin abidəsi xoşuma gəldi" - Cənnət Səlimova

"Lütfi Zadənin abidəsi xoşuma gəldi" - Cənnət Səlimova
  03 Sentyabr 2018    Oxunub:3964
Xəbər verdiyimiz kimi, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi hazırlanıb. Xalq rəssamı Ömər Eldarovun 100 min manata hazırladığı abidə ilə bağlı fikirlər birmənalı deyil. Sosial şəbəkələrdə gedən müzakirələrdə abidənin Lütfi Zadə adına yaraşmadığı, heç bir məna kəsb etmədiyi haqda iradlar səsləndirilir.
AzVision.az mövzu ilə bağlı Lütfi Zadənin qohumu olan görkəmli teatr rejissoru, Mədəniyyət və İncəsənət Universetinin professoru Cənnət Səlimovadan münasibət öyrənib.

O, bir çoxlarından fərqli olaraq abidəni bəyəndiyini deyib: ”Abidə çox xoşuma gəldi. Təsəvvür etmirdim ki, 92 yaşlı Ömər Eldarov belə ilhamla çalışa bilər. O, çox dəqiqliklə Lütfi Zadənin xasiyyət və xarakterini ortaya qoyub, gözəl forma tapıb. Qapıda qızıl hərflərlə formul yazılıb. Bu, xüsusilə diqqətimi çəkib. Buna görə Ömər Eldarova təşəkkür edirəm. Məncə, çox gözəl abidədir".

C.Səlimova abidənin fotolarını Lütfi Zadənin oğlu Normana göndərib: "Büstün fotolarını "WhatsApp" vasitəsi ilə göndərmişəm. O, hələ cavab verməyib”.



Qeyd edək ki, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadə 2017-ci ilin sentyabr ayında vəfat edib. O, Azərbaycanda dəfn olunmasını vəsiyyət edib. Mərhumun cənazəsi Amerikadan Azərbaycana gətirilərək Fəxri Xiyabanda dəfn olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Lütfi-Zadə   Abidə   Ömər-Eldarov  





Xəbər lenti