Aİ Gürcüstana 45 milyon avro ayırdı

Aİ Gürcüstana 45 milyon avro ayırdı
  31 Avqust 2018    Oxunub:3108
Avropa İttifaqı Gürcüstana makromaliyyə yardım formasında 45 milyon avro həcmində maliyyə ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının nümayəndəsi Aleksandr Vinterştayn Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Avrokomissiya Gürcüstanla qarşılıqlı anlaşmaya dair memorandum hazırlayıb və müvafiq olaraq Gürcüstanın iqtisadi islahatlar həyata keçirməsi və maliyyə ehtiyaclarının bir qismini ödəyə bilməsi üçün makromaliyyə yardımı formasında Tbilisiyə 45 milyon avro ayıracaq”, – deyə Vinterştayn bildirib.

Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Angela Merkel regiona səfəri çərçivəsində avqustun 23-də Tbilisidə olarkən Gürcüstana 250 milyon avroyadək investisiya yatırılması barədə müqavilə imzalanıb. Almaniyanın Yenidənqurma və İnkişaf Bankı həmin investisiyaların 150 milyonunu kredit formasında Gürcüstanın ilk yeraltı qaz anbarının inşasına ayıracaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   Avropa  





Xəbər lenti