XİN-dən erməni polislərin döyüş növbəsi çəkməsinə münasibət

XİN-dən erməni polislərin döyüş növbəsi çəkməsinə münasibət
  31 Avqust 2018    Oxunub:1964
"Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, polis və daxili qüvvələrin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olduğunu, şəxsi heyətin çatışmazlığını göstəriir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN rəsmisi qeyd edib ki, polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir. Hacıyev əlavə edib ki, belə qanunsuz hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədir.

Qeyd edək ki, ötən ayın əvvəlində Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ermənistanın polis birlikləri (keçmiş daxili qoşunlar) ölkə sərhədlərində döyüş növbəsi və sərhəd-nəzarət işinə cəlb olunacaqlar. O qeyd edib ki, indi onların döyüş vəzifələrinin həyata keçirilməsi işinə cəlb edilməsi üçün ehtiyac yaranıb.

AzVision.az




Teqlər: XİN   Mətbuat  





Xəbər lenti