Naxçıvanın heyvanat aləmi - FOTOLAR

Naxçıvanın heyvanat aləmi - FOTOLAR
  31 Avqust 2018    Oxunub:3702
Muxtar respublikada görülən tədbirlər nəticəsində 1995-ci illə müqayisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 3,4 dəfə artıb. Hazırda rəngarəngliyi, dəyişkən və canlı təbiəti ilə seçilən Naxçıvanda ümumi ərazisinin 28 faizini xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir.
AzVision.az "Nuhçıxan" agentliyinə istinadən xəbər verir ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ordubad Dövlət Təbiət Yasaqlığının yaradılmasında əsas məqsədi həmin ərazilərdə yaşayan və adları qırmızı kitaba düşən muflonların, eyni zamanda bezoar keçilərinin qorunması və artırılmasıdır.



Yasaqlığa heç bir kənar təsirlərin olmaması üçün yegerlər mütəmadi olaraq ərazilərdə onlar üçün təyin olunan sahələrdə mühafizə işləri də aparırlar. Dağlıq sahələrdə tez-tez bezoar keçilərini, açıq sahələrdə isə muflonları yaxın məsafələrdən görmək mümkündür. Bu ərazidə ilk dəfə olaraq bəbir ailəsi də qeydə alınıb.



Mühafizə tədbirləri, ova qadağaların qoyulması yerli heyvan növlərinin sayının artmasına şərait yaradıb.





AzVision.az


Teqlər: Naxçıvan   Təbiət  





Xəbər lenti