XİN: Den Bilzeryanın Qarabağa səfəri klounluqdur

  29 Avqust 2018    Oxunub : 2431
XİN: Den Bilzeryanın Qarabağa səfəri klounluqdur
Azərbaycan Xarici İşlər Nazirliyi erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfərinə münasibət bildirib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a açıqlamasında deyib ki, bu kimi qeyri-ciddi adamların kloun fəaliyyətini şərh etməyə lüzum yoxdur.



"Göründüyü kimi populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır. Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlər isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı", - deyə H.Hacıyev əlavə edib.

AzVision.az

Teqlər: XİN   Qarabağ