Masallıda top mərmisi aşkar edilib

Masallıda top mərmisi aşkar edilib
  29 Avqust 2018    Oxunub:1583
Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən və saat 21:56-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Masallı rayonu, Hişkədərə kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Masallı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə saat 02:35-də qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 76 mm-lik top mərmisi (OF-350A) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti