Bakıda klassik avtomobillərin yürüşü - FOTOLAR

Bakıda klassik avtomobillərin yürüşü  - FOTOLAR
  27 Avqust 2018    Oxunub:16531
Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib. Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.
AzVision.az xəbər verir ki, yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri də iştirak edib.



Avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüşdən sonra Mərkəzin parkında nümayiş olunub.

Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190” (1962), “Ford Mustang” (1966), “Volvo 13134” (1966), “VAZ 21011” – milis (1973), “BMW 3.0 CS Coupe (1974), “Qaz 13”- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim olunub.

















AzVision.az


Teqlər: Avtomobil   Yürüş   Sərgi  





Xəbər lenti