Naxçıvanda cəmi 496 taksi var

Naxçıvanda cəmi 496 taksi var
  25 Avqust 2018    Oxunub:5938
Avqust ayı ərzində muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinəsi keçirilib, 301 avtobus qeydiyyata alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, onlardan 234-ü saz vəziyyətdə olub, 54-nə nasazlıqları aradan qaldırmaq üçün vaxt verilib, 13-ü isə əsaslı təmir üçün dayandırılıb.

Diqqətə çatdırılıb ki, muxtar respublikada fəaliyyət göstərən 496 taksidən 200-ü Naxçıvan şəhərində, 70-i Şərur, 60-ı Babək, 23-ü Ordubad, 60-ı Culfa, 26-sı Kəngərli, 27-si Şahbuz, 7-si Sədərək rayonlarında işləyir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Taksi   Avtobus  





Xəbər lenti