Niqablı uşaqları "silahla" parada çıxardılar - Qalmaqal (VİDEO)

Niqablı uşaqları "silahla" parada çıxardılar - Qalmaqal (VİDEO)
  24 Avqust 2018    Oxunub:11891
Müsəlman əhalinin sayına görə dünyanın ən böyük ölkəsi olan İndoneziyada bağça uşaqlarını başdan-ayağa qara niqab geyindirərək əllərinə oyuncaq karton avtomatlar verib parada çıxarıblar.
AzVision.az “The Straits Times”a istinadən xəbər verir ki, İndoneziyanın müstəqillik günü münasibətilə Probolinqo şəhərində keçirilən parada çıxarılan 15 uşağın görüntüsü birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə ciddi qalmaqala, qınağa səbəb olub.

Belə ki, İndoneziya əhalisi və digər ölkələrin istifadəçiləri uşaqların bu cür geyimdə əli silahlı görüntüsünü terrorçuların obrazına bənzədiblər.

Azyaşlıları bu cür obrazda parada çıxaran bağça rəhbərliyi şiddət və ekstremizmi yaymaqda və uşaqlara radikal ideyalar təlqin etməkdə ittiham olunub. İndoneziyalılar terorçu obrazına bənzər görünüşdə azyaşlı uşaqların parada çıxarlımasının vətənpərvərliyi yox, dini ekstremizmi təşviq etdiyini bildiriblər.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İndoneziya  





Xəbər lenti