Bədbəxt hadisələrdə ölənlərin sayı azalıb - STATİSTİKA

Bədbəxt hadisələrdə ölənlərin sayı azalıb - STATİSTİKA
  21 Oktyabr 2013    Oxunub:1104
Tikinti sektorunda bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 26 nəfərdən 19 nəfərə,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, iş yerlərində əmək qanunvericiliyinə, o cümlədən əməyin təhlükəsizliyi tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə sosial tərəfdaşlarla birgə səylərin artırılması istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması ilə müşaiyət olunur.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış təhqiqatlar nəticəsində istehsalatla əlaqəli hesab edilmiş bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında 153-dən 128-ə enib. İstehsalatla əlaqəli bədbəxt hadisələr zamanı xəsarət alanların sayı 30 nəfər azalaraq 90 nəfər təşkil edib.

Qeyd olunan dövrdə əməyin mühafizəsi ilə bağlı tikinti sektorunda müsbət dinamika olaraq, bu sektorda baş vermiş bədbəxt hadisələrin sayı 55-dən 39-a, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 26 nəfərdən 19 nəfərə, xəsarət alanların sayı 39 nəfərdən 24 nəfərə enib.




Teqlər:





Xəbər lenti