Dünyada 2 milyard yoxsul insan var
Hesabata görə, 2 milyard insanın gündəlik gəliri 3,2 dollar olduğu halda, 7,53 milyon nəfər gündə cəmi 1,9 dollar qazana bilir. 2017-ci ildə məcburi köçkünlərin sayı isə 2,9 milyon nəfər artaraq 68,5 milyona çatıb. BMT və digər beynəlxalq təşkilatların göndərdikləri humanitar yardımların 60 faizi 10 ölkənin, o cümlədən 14 faizi Suriyanın, 9 faizi isə Yəmənin payına düşüb.
Qaçqınları qəbul edən Türkiyə və Yunanıstan da bu onluğa daxildir. Humanitar donor kimi Türkiyə özü qaçqınlara 8 milyard dollar vəsait ayırıb. Donorlar arasında sonrakı yerləri ABŞ (6,68 milyard dollar) və Almaniya (2,99 milyard dollar) tutur. Ümumilikdə, 2017-ci ildə qlobal humanitar yardımın həcmi 901 milyon dollar artaraq 27,3 milyarda çatıb. Fərdi donorların humanitar yardımları isə 6 milyard dollar təşkil edib. (AzərTAc)
AzVision.az
Teqlər: