Putin əmr verdi - Ordunun döyüş hazırlığı yoxlanılır
“Yoxlama avqustun 20-dən 25-dən keçirilsin. Qoşunların və silahlı qüvvələrin davamlı və dayanıqlı idarəetməsinin təşkilinə və dəstəyinə xüsusi diqqət yetirəcəyəm”, - deyə Şoyqu bəyan edib.
Nazir vurğulayıb ki, aviahazırlıq və ərazinin müdafiə edilməsi üzrə tapşırıqların yerinə yetirilməsinin yoxlanılması üçün təlimlərə hərbi komissarlıqlar da cəlb olunacaq.
Şoyqu qoşunlarının fəaliyyətini üç işçi qrupun qiymətləndirəcəyini bildirib: onlardan ikisi Şərqi və Mərkəzi dairələrin hərbi idarəçilik orqanlarını yoxlayacaq, üçüncü qrup isə qoşunların çevik səfərbərlik qabiliyyətini öyrənəcək. Yoxlamanın nəticələri rus qoşun birləşmələrinin Çin və Monqolustan ordusunun da iştirak edəcəkləri irimiqyaslı “Şərq-2018” hərbi təlimlərinə hazırlığının qiymətləndirilməsi zamanı nəzərə alınacaq.
Leyla Elbrusqızı
AzVision.az