20 gündə 11 nəfər suda boğularaq ölüb

20 gündə 11 nəfər suda boğularaq ölüb
  20 Avqust 2018    Oxunub:1726
Avqust ayının 20 günündə 11 nəfər suda boğularaq ölüb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Mingəçevirdə 2, Bakıda 2, Sumqayıtda 1, Lənkəranda 2, Salyanda 1, Daşkəsəndə 2 və Ağdamda 1 nəfər suda boğulub.
Bu müddətdə Dənizkənarı Milli Park, Nardaran, Mərdəkan, Qızılqum, Novxanı, Bilgəh, Buzovna, Türkan, Zuğulba-3, Neftçala sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 20 nəfər xilas edilib.

Qeyd edək ki, iyul ayında 40 nəfər suda boğularaq ölüb.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: FHN   Boğulma   Xilasetmə  





Xəbər lenti