Azərbaycanda polis yol qəzasında öldü

Azərbaycanda polis yol qəzasında öldü
  21 Oktyabr 2013    Oxunub:1080
Gəncə Şəhər Baş Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı yol qəzasında ölüb.
Gəncə şəhər prokurorluğundan AzVision.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 14:30 radələrində Gəncə şəhəri, Keçid küçəsində Gəncə Şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taborunun polisi Mustafayev Rəşad Boris oğlunun idarə etdiyi "Vaz-2106" markalı maşınla İsmayılov Fikrəddin Əhəd oğlunun idarə etdiyi "Kamaz-5511" markalı maşın toqquşub.
Hadisə nəticəsində "Vaz-2106" markalı avtomobilin sürücüsü Mustafayev Rəşad Boris oğlu almış olduğu xəsarətdən Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Teqlər:  





Xəbər lenti