Əfqanıstanın kəşfiyyat xidmətinə hücum edilib

Əfqanıstanın kəşfiyyat xidmətinə hücum edilib
  16 Avqust 2018    Oxunub:1576
Silahlı şəxslər Əfqanıstanın kəşfiyyat xidməti üçün təlimlərin keçirildiyi mərkəzə hücum ediblər.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Əfqanıstanın kəşfiyyat xidmətinin rəsmisi silahlı hücumun paytaxt Kabildə gerçəkləşdirildiyini deyib. Bildirib ki, insident baş verən zaman digər həmkarları ilə birlikdə təlim mərkəzindəki qorunan əraziyə sığınıblar.

Kabil polisinin mətbuat katibi Haşmət Stanekzainin sözlərinə görə, hücum edənlər qumbaraatanlardan və digər silahlardan atəş açıblar. Lakin onların neçə nəfər olduğu bilinmir. Əfqanıstan KİV-ləri isə bildirir ki, hadisənin baş verdiyi ərazi nəzarətə götürülərək ora giriş bağlansa da, daha sonra atəş və partlayış səsi eşidilib.

İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. Hücuma görə hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Kabil  





Xəbər lenti