Tramp Obamanın ABŞ-ın düşmənlərinə qarşı qərarını ləğv etdi
“The Wall Street Journal” yazır ki, Obama administrasiyası elektron casusluq üzrə əmliyyatların pozulmaması üçün kiber hücumları olduqca həssas və diqqətlə həyata keçirməyi planlaşdırıb. Lakin Trampın qərarı ilə digər dövlətlərə qarşı Amerikaya kiber hücumlar təşkil etmək hüququ verən bəzi şərtlər dəyişdirilib. Məxfilik səbəbindən Trampın sənəddəki məhz hansı müddəa və şərtləri dəyişdirmək niyyətində olduğu bilinmir. Amma Obama kiber hücum məsələsində nisbətən ehtiyatlı və yumşaq mövqeyə malik olduğundan, Trampın ABŞ düşmənlərinə qarşı daha sərt şərtlər irəli sürdüyü güman edilir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ kiberhücum