İlqar Məmmədov azadlığa buraxıldı

İlqar Məmmədov azadlığa buraxıldı
  13 Avqust 2018    Oxunub:4019
Bu gün Şəki Apelyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun məhkəməsi keçirilib.
AzVision.az xəbər verir ki, prosesə hakim Gündüz Abbasov sədrlik edib. Məhkəmənin qərarı ilə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov iki il sınaq müddəti müəyyən edilməklə şərti olaraq azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.


AzVision.az


Teqlər: həbs  





Xəbər lenti