10 gündə 10 nəfər suda boğularaq ölüb

10 gündə 10 nəfər suda boğularaq ölüb
  11 Avqust 2018    Oxunub:3365
Avqust ayının 10 günündə 10 nəfər suda boğularaq ölüb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Mingəçevirdə 2, Bakıda 2, Sumqayıtda 1, Lənkəranda 2, Daşkəsəndə 2 və Salyanda 1 nəfər suda boğulub.
Bu müddətdə Dənizkənarı Milli Park, Nardaran, Mərdəkan, Buzovna, Türkan, Zuğulba-3, Neftçala sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 16 nəfər xilas edilib.

Qeyd edək ki, iyul ayında 40 nəfər suda boğularaq ölüb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: FHN   Su   Batma  





Xəbər lenti