İnternetdən istifadəyə görə birinciyik

İnternetdən istifadəyə görə birinciyik
  20 Oktyabr 2013    Oxunub:700
Azərbaycan internetə daxilolma səviyyəsinə görə MDB ölkələri arasında birincidir.
Azərbaycan fərdi istifadəçilər arasında internetə daxilolma səviyyəsinə görə MDB ölkələri arasında birincidir.

Bu barədə Genişzolaqlı Rabitə Komissiyası tərəfindən hazırlanmış araşdırmada məlumat verilib.

AzVision.az Beynəlxalq Telekommunikasiya İttifaqının saytına istinadla xəbər verir ki, araşdırmaya əsasən, Azərbaycan fərdi internet istifadəçilərinin sayı üzrə 194 ölkə arasında 54,2 faiz göstərici ilə 66-cı yerdədir. Ölkəmiz bu göstərici üzrə Qazaxıstan, Rusiya, Belarus, Gürcüstan, Moldova, Ermənistan, Özbəkistan, Ukrayna, Tacikistan və Türkmənistanı qabaqlayır.

Azərbaycan inkişaf etməkdə olan ölkələr üzrə fərdi istifadəçilər arasında genişzolaqlı internetə daxilolma səviyyəsinə görə 54,2 faiz göstərici ilə 25-ci yerdə qərarlaşıb. Ölkəmiz bu göstərici üzrə də MDB ölkələri arasında birinci yeri tutur.

Azərbaycan inkişaf etməkdə olan ölkələr üzrə ev istifadəçiləri arasında genişzolaqlı internetə daxilolma səviyyəsinə görə 46,8 faiz göstərici ilə 24-cü pillədədir. Ölkəmiz bu göstərici üzrə MDB ölkələri arasında Qazaxıstan (52,6 faiz) və Belarusdan (48,3) sonra üçüncü yerdədir.

Azərbaycan mobil genişzolaqlı internetə daxilolma səviyyəsinə görə 33,3 faiz göstərici ilə 50-ci yerdədir. Ölkəmiz bu göstərici üzrə MDB ölkələri arasında Rusiyadan sonra ikinci yeri tutur.


Teqlər:





Xəbər lenti