Bu küçədə geridönmə təşkil edilib

Bu küçədə geridönmə təşkil edilib
  10 Avqust 2018    Oxunub:3480
Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, bununla da, şəhər mərkəzindən Ş.İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.







AzVision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti