Prezident Su Elektrik Stansiyasının tikintisinə pul ayırdı

Prezident Su Elektrik Stansiyasının tikintisinə pul ayırdı
  07 Avqust 2018    Oxunub:2741
Prezident İlham Əliyev avqustun 7-də “Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 13,5 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti