DYP Lerik-Lənkəran yolunda reyd keçirib

DYP Lerik-Lənkəran yolunda reyd keçirib
  07 Avqust 2018    Oxunub:3228
Respublika ərazisində keçirilən “təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə tərdbirlər planına əsasən Lerik-Lənkəran yolunda reyd təşkil olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az-a verilən məlumata görə Lerik RPŞ-nin Dövlət Yol Polisi bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə Lerik-Lənkəran yolunun 25-ci kilometrində keçirilən reydin əsas məqsədi avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsidir. Xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb.

Sürücülərə tələblər və qaydalar izah olunub. Reyd zamanı Rusiya istehsalı olan bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olduğu müşahidə edilib. Atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb.

Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib. "Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam etdiriləcək.

AzVision.az


Teqlər: DYP  





Xəbər lenti