DYP Ağdamda reyd keçirib

DYP Ağdamda reyd keçirib
  06 Avqust 2018    Oxunub:3371
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonun avtomobil yollarında növbəti belə tədbir keçiriblər.

Avqustun 5-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib. Həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, içkili şəkildə avtomobil idarə edən və qəbul olunmuş qaydalara riayət etməyən yük avtomobillərinin sürücüləri saxlanılaraq barələrində inzibati tədbir görülüb.

Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DYP   Ağdam  





Xəbər lenti