Sarkisyan etiraf etdi

Sarkisyan etiraf etdi
  19 Oktyabr 2013    Oxunub:1388
"Ermənistan əhalisinin 32,5 faizi yoxsulluq həddində yaşayır"
"Ermənistan əhalisinin 32.5 faizi yoxsulluq həddində yaşayır". AzVision.az-ın "Ria-Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib. Onun sözlərinə görə, bu statistika dünya bankının rəsmi məlumatında göstərilib.

Tiqran Sarkisyan qeyd edib ki, Ermənistanda indiyədək ümumi milli gəlir cəmi 3 min dollar təşkil edib. Onun fikrincə, Ermənistanda demokratik cəmiyyətin qurulması üçün isə vacibdir ki, bu göstərici 12 min dollardan yuxarı olsun.

Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, yoxsulluğun səviyyəsi 2012-ci ildə 33.1% təşkil edib. Eyni zamanda, nazirliyin proqnozlarına görə, 2013-ci ildə isə ölkədə yoxsulluğun səviyyəsi 32.1% təşkil edəcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti