5 gündə 4 nəfər suda boğularaq ölüb

5 gündə 4 nəfər suda boğularaq ölüb
  06 Avqust 2018    Oxunub:3109
Avqust ayının 5 günündə 4 nəfər suda boğularaq ölüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Mingəçevirdə 1, Bakıda 2 və Sumqayıtda 1 nəfər suda boğulub.

Bu müddətdə Nardaran, Mərdəkan, Buzovna, Türkan, Zuğulba-3, Neftçala sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 12 nəfər xilas edilib.

Qeyd edək ki, iyul ayında 40 nəfər suda boğularaq ölüb.

Anar Kəlbiyev
AzVision.az





Teqlər: FHN   Boğulma   Xilasetmə  





Xəbər lenti