Məhkəmə prezident seçkilərinin nəticəsini TƏSDİQLƏDİ

Məhkəmə prezident seçkilərinin nəticəsini TƏSDİQLƏDİ
  19 Oktyabr 2013    Oxunub:1042
Oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

AzVision.az xəbər verir ki, iclasda məruzəçi hakimlər prezident seçkilərinin nəticələri ilə bağlı çıxış ediblər. Daha sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi barədə danışıb.

Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar.

Çıxışlardan sonra plenum fasiləyə ayrıldı.

Fasilədən sonra KM sədri Fərhad Adbullayev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib. F.Abdullayev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.




Teqlər:  





Xəbər lenti