Cüneyt Arkın xəstəxanadan evə gətirlib

Cüneyt Arkın xəstəxanadan evə gətirlib
  06 Avqust 2018    Oxunub:5885
Türk kinosunun yaşayan əfsanəsi Cüneyt Arkın tənəffüs yollarında yaranmış çətinliklə bağlı xəstəxanaya aparılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbərə verir ki, özəl xəstəxanalardan birində reanmiasiya şöbəsinə yerləşdirilən 81 yaşl aktyorun vəziyyəti hazırda yaxşıdır. Bu barədə onun oğlu Murat Akın sosial media üzərindən sənətçinin sevənlərinə məlumat verib.

Bildirib ki, atası həkimlər tərəfindən müayinə olunduqdan sonra oksigen qəbul edib və daha sonra evə gətirilib.

"Atamın sağlığı artıq yerindədir. Narahat olacaq bir vəziyyət yoxdur. Dünəndən bizləri mesaj və dualarınız ilə yalnız buraxmadınız. Vəfanız və dostluğunuz ilə sizlər bu ölkədə hələ də gözəl şeylərin ola biləcəyini göstərdiniz".

Qeyd edək ki, aktyor 500 filmdə rol alıb. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Hacı Murad adlandırılır.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti