Bakıda daha bir metrostansiya tikilir

Bakıda daha bir metrostansiya tikilir
  19 Oktyabr 2013    Oxunub:999
Bakı Metropoliteni paytaxtın Nəsimi rayonu ərazisində - Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında) yeni stansiyanın inşasına başlayıb.
AzVision.az xəbər verir ki, Bakı Metropolitenindən AzərTAc-a verilən məlumata görə, bu stansiya “Bənövşəyi xətt”in davamı, yəni üçüncü stansiya olacaq.

Yeni stansiya C.Məmmədquluzadə küçəsinin üzərinə düşdüyünə görə həmin küçədən keçən nəqliyyat vasitələri üçün kənardan alternativ avtomobil yolu çəkilib. Əlavə olaraq yerin altından keçən elektrik, qaz, su, kanalizasiya, rabitə xətlərinin də yeri dəyişdirilməlidir. Sonradan isə “Bənövşəyi xətt”in dördüncü stansiyasının inşasına başlanacaq.


Teqlər:





Xəbər lenti