NATO gəmiləri Qara dənizi tərk edib

NATO gəmiləri Qara dənizi tərk edib
  03 Avqust 2018    Oxunub:4623
NATO-nun daimi operativ əməliyyat qrupunun 2 gəmisi Qara dəniz sularını tərk edərək Aralıq dənizinə doğru istiqamət alıblar.
AzVision.az xəbə verir ki, bu barədə “İnterfax” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, NATO-nun 2 nömrəli daimi operativ əməliyyat qrupu (SNMG2) və mina əleyhinə 2 nömrəli daimi hərbi-dəniz qrupunun (SNMCMG2) gəmiləri Qara dəniz sularında 20 gün qaldıqdan sonra akvatoriyanı tərk ediblər. Həmin müddət ərzində onlar region ölklərinin hərbi-dəniz qüvvələrinin təlimlərində iştirak ediblər və Ukraynanın Odessa, Türkiyənin isə Samsun limanına daxil olublar.

Xatırladaq ki, 1936-cı il Montre konvensiyasının müddəalarına əsasən, Qara dəniz sahilində yerləşməyən regiondan kənar ölkələrin gəmilərinin Qara dəniz akvatoriyasında maksimum qalma müddəti 21 sutkadır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qaradəniz   Ukrayna   türkiyə   Montrekonvensiyası  





Xəbər lenti