İlham Əliyev: “İşğalçı Ermənistan ağır günlər yaşayır”
“Bu kateqoriyadan olan insanların məşğulluq problemləri həll olunur. Qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində ardıcıl işlər aparılır. Sosial siyasət Azərbaycanda prioritet məsələlələrdən biridir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Proqnozlara əsasən, gələn il sürətli inkişaf ili olacaq və iqtisadi potensial artıqca digər sosial məsələlər də öz həllini tapacaq”.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən söz açan dövlət başçısı qeyd edib ki, münaqişənin bir həll yolu var. Ərazi bütövlüyümüz bərpa edilməlidir.
"Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə ərazi bütövlüyümüz dəstəklənir. İşğalçı Ermənistan indi ağır günlər yaşayır. Ermənistanda kriminal xunta rejiminin çökməsində Azərbaycanın da rolu az olmayıb”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident