Bakıda 100 nəfəri gün vurub, 32-si qadındır

Bakıda 100 nəfəri gün vurub, 32-si qadındır
  01 Avqust 2018    Oxunub:3771
Yay mövsümü başlayanadan bu günə qədər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 100 nəfər günvurma və istivurma halları ilə bağlı müraciət edib.
Bu barədə AzVision.az-a Stansiyanın baş həkimi Rauf Nağıyev məlumat verib. Baş həkim bildirib ki, müraciət edən şəxslərdən 65 nəfəri xəstəxanalara yerləşdirilib.

“Müraciət edənlərdən 60 nəfəri kişi, 32 nəfəri qadın, 8-i isə uşaqdır. Bu günə qədər ölüm halı qeydə alınmayıb. Günvurma ilə yanaşı, istivurma ilə də müraciət edənlər çoxluq təşkil edib. Belə ki, bizə müraciət edənlər arasında kondisionersiz isti otaqda ürəyi gedənlər də olub”, - deyə R.Nağıyev qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Rauf-Nağıyev   Günvurma   İsti  





Xəbər lenti