Qəbələ sakini göldə boğulub

Qəbələ sakini göldə boğulub
  31 İyul 2018    Oxunub:3799
Fövqəladə Hallar Nazirlyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti