İyul ayında 39 nəfər suda boğularaq ölüb

İyul ayında 39 nəfər suda boğularaq ölüb
  31 İyul 2018    Oxunub:3743
Azərbaycanda iyul ayının 1-dən 31-dək 39 nəfər suda boğularaq ölüb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Şəmkirdə 6, Abşeronda 3, Bakıda 17, Sumqayıtda 2, Hacıqabulda 1, Lənkəranda 1, Xaçmazda 6, Ağcabədidə 1, Neftçalada 1, Cəlilabadda 1 nəfər suda boğulub.
İyul ayında Bakı-bulvar, Lənkəran, Corat, Bilgəh, Mingəçevir, Şirvan, Hövsan, Tağıyev, Xaçmaz, Novxanı, Qızılqum, Buzovna, Niyazabad, Türkan, Pirşağı, Qobustan, Nardaran-2, Sahil, Mərdəkan, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 149 nəfər xilas edilib.

Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: FHN   Su   Boğulma  





Xəbər lenti