Adambaşına düşən gəlir artıb

Adambaşına düşən gəlir artıb
  18 Oktyabr 2013    Oxunub:2217
Bu ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.2 faiz artıb.

AzVision.az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, adambaşına düşən gəlirlər 2736.5 manata çatıb. Qazanılan gəlirlərin 68.5 faizini orta hesabla hər bir şəxs son istehlaka, 9.1 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 20.7 faizini əmanətlərin və kapitalın artırılmasına sərf edib. Vergiləri və üzvlük haqqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 2487.1 manat qalıb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətdə 6.1 faiz artm deməkdir.

Bundan başqa yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-cü ilin yanvar-avqust aylarına nisbətən 6.8 faiz artaraq 413.8 manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti