“Azərişıq” qərb regionuna mediatur təşkil edib - FOTOLAR

“Azərişıq” qərb regionuna mediatur təşkil edib - FOTOLAR
  30 İyul 2018    Oxunub:5020
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı ilə bir qrup media nümayəndəsi, Mingəçevir, Gəncə, Goranboy, Göygöy rayonlarına səfər ediblər.
AzVision.az xəbər verir ki, səfərdə məqsəd rayonlarda qurulan yarımstansiyaların fəaliyyəti ilə həmçinin “Azərişıq” ASC-nin bu sahədə gördüyü işlərlə yaxından tanış olmaq olub.



Belə ki, media nümayəndələri Goranboy rayonu ərazisində yerləşən 110/35/10 kilovoltluq “Dəliməmmədli” yarımstansiyasında olublar. Məlumat verilib ki, bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verib. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb.




Jurnalistlər sonra Gəncədə yerləşən 35/6 kV-luq “Nizami” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıq quraşdırılıb.




Daha sonra 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının fəaliyyəti ilə yaxından tanış olublar. Məlumat verilib ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət dolabları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və rəfləri yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi yenidən qurulub.

Səfər çərçivəsində jurnalistlər Göygöl Milli Parkında olublar. Əksər jurnalistlərin ilk dəfə olaraq Milli park ərazisində olması böyük maraq doğurub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, belə mediaturlar mütəmadi olaraq davam etdiriləcək. Burada əsas məqsəd ASC-nin regionlarda aparıdığı yenidənqurma ilə tanış olmaqdır. Ümumiyyətlə isə ASC hazırda regionlarda elektrik şəbəkələrində yenidənqurma işlərini davam etdirir. Bu vaxta qədər ”Azərişıq” ASC istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün yenidən qurma,əsaslı və cari təmiri istiqamətində xeyli işlər görüb.



AzVision.az


Teqlər: Azərişıq   Qərb   Səfər  





Xəbər lenti