Cudoçularımız 3 medal qazandı- 1qızıl, 2 gümüş

Cudoçularımız 3 medal qazandı- 1qızıl, 2 gümüş
  29 İyul 2018    Oxunub:13878
Almaniyanın paytaxtı Berlində gənclərin Avropa kuboku yarışı keçirilir.

Azərbaycan Cudo Federasiyasından AzVision.az-a verilən məlumata əsasən, yarışın ilk günü cüdoçularımız 3 medal əldə ediblər.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tofiq Avstriya, Kanada, Rusiya, Almaniya, Rumıniya və Qazaxıstan cüdoçularını məğlub edərək Berlində qızıl medala sahib olub.

Digər təmsilçilərimiz Rövşən Əliyev (55 kq) və Hasil Cəfərov (73 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 38 ölkədən 535 (323 oğlan, 212 qız) cüdoçunun qüvvəsini sınadığı qitə yarışında Azərbaycan millisi 18 (12 oğlan, 6 qız) cüdoçu ilə təmsil olunur.










AzVision.az


Teqlər: Cudo   qızılmedal  





Xəbər lenti