Cüdoçumuz Xorvatiyada bürünc medal qazandı

Cüdoçumuz Xorvatiyada bürünc medal qazandı
  29 İyul 2018    Oxunub:1050
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə "Qran-Pri" yarışı keçirilir.
Azərbaycan Cüdo Federasiyasından AzVision.az-a verilən məlumata görə, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı "Qran-Pri"də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti