Sumqayıt avtomobil parkında yanğın söndürülüb -Yenilənib

Sumqayıt avtomobil parkında yanğın söndürülüb -Yenilənib
  29 İyul 2018    Oxunub:7026
Sumqayıt şəhərində yerləşən yük avtomobillərinin dayanacağı və təmiri parkının ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində təmirə dayanmış ”DAF” markalı yük avtomobilinin birinci qoşqusunun yanar hissələri, ikinci qoşqusunun arxa hissəsi və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qoşqunun qalan hissəsi, yaxınlıqda olan digər qoşqular və təmir sexləri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, Məlikov Miri Bəhmən oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Məlik oğlu və 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti ağırdır.


XXX

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.


Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nəticədə parkın ərazisində dayanmış 1 ədəd yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: Sumqayıt   yanğın  





Xəbər lenti