İmtahanların nəticələri bu gün elan olunacaq

İmtahanların nəticələri bu gün elan olunacaq
  28 İyul 2018    Oxunub:4846
II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinin bu gün elan olunması nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a verilən xəbərə görə, nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək.

Canlı yayımda Apelyasiya Komissiyasına, eləcə də DİM-in "Facebook" səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək.

Canlı yayım zamanı əlavə sualları müvafiq postun altına yaza və ya təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərmək mümkündür. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti