Aprel şəhidinin doğum günüdür

Aprel şəhidinin doğum günüdür
  26 İyul 2018    Oxunub:6765
Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Elimdar Səfərovun doğum günüdür.
AzVision.az xəbər verir ki, E.Səfərov yaşasaydı, 26 yaşını qeyd edəcəkdi.



Elimdar Səfərov 1992-ci il 26 iyulda Yardımlı rayonunda anadan olub. 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb. 1998-ci ildə Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinə birinci sinifə gedib və həmin məktəbi 2009-cu ildə bitirib. Daha sonra hərbi xidmətə yollanan Səfərov, xidməti başa vurduqdan sonra yenidən Ordu sıralarına qatılıb.



Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən E.Səfərov bir sıra uğurla əməliyyatlarda iştirak edib. Səfərov 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhidimiz Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dəfn olunub.



Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.





Anar Kəlbiyev
AzVision.az


Teqlər: Şəhid   Aprel   Elimdar-Səfərov  





Xəbər lenti