Bu il Azərbaycanda 19 nəfər İİV-dən ölüb

Bu il Azərbaycanda 19 nəfər İİV-dən ölüb
  25 İyul 2018    Oxunub:3745
2018-ci ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 11%-i, 1987-01.07.2017-ci illər ərzində isə aşkar olunan halların 43,9%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 306 təşkil edib. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşlarında, 8-i (2,6%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 74 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.

2018-ci ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 33 nəfər (11,1%) parenteral, 173 nəfər (58,1%) heteroseksual, 20 nəfər (6,7%) homoseksual kontakt nəticəsində, 2 nəfər (0,7%) şaquli yolla, 70 nəfərin (23,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4204-su (70,8%) kişi, 1733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2080 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olmuşub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülənlərin 43,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,6%-də heteroseksual, 2,5%-də isə homoseksual kontakt nəticəsində, 1,7%-də anadan uşağa keçməklə, 8,3 -də yoluxma yolu müəyyən edilməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   İİV  





Xəbər lenti