Nazirlik dibinə "kislota" tökülən ağacları himayəyə götürüb

Nazirlik dibinə "kislota" tökülən ağacları himayəyə götürüb
  24 İyul 2018    Oxunub:3610
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, 23 iyul 2018-ci il tarixində Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti