Torpaqların zəbt olunması ilə bağlı 340 protokol tərtib olunub

Torpaqların zəbt olunması ilə bağlı 340 protokol tərtib olunub
  24 İyul 2018    Oxunub:2447
Bu ilin ilk iki rübü ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaq bazarının təşkili, əsassız zəbt olunması və bir sıra istiqamətlərdə nəzarət tədbirləri davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 340 hal üzrə inzibati protokol tərtib olunub.
Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə deyib.

Komitə sədri deyib ki, ümumilikdə 19 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. 8 rayonda elektron kadastr uçot işləri üzrə görülən işlərin nəticələri ilə bağlı ictimai təqdimatlar keçirilib və bu məlumatlar elektron şəkildə yerli icra hakimiyyətinin, aidiyyəti qurumların xidməti istifadəsinə təqdim edilib.

Torpaqların idarə edilməsində xüsusi əhəmiyyətə malik olan, onların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını aşkar etməyə imkan verəcək Peyk Nəzarət Sistemindən istifadə olunmasına başlanılıb.

AzVision.az


Teqlər: Əmlak-Komitəsi  





Xəbər lenti