“New York Times” Güney Azərbaycanın istiqlalından yazdı

“New York Times” Güney Azərbaycanın istiqlalından yazdı
  18 Oktyabr 2013    Oxunub:1026
AzVision.az xəbər verir ki, Nüfuzlu “The New York Times” qəzeti Güney Azərbaycanın istiqlalı ehtimalı barədə məlumat dərc edib. Qəzetdə dərc edilən təhlildə ümumiyyətlə dünyada müstəqillik potensialına malik olan bölgələrin adları verilib. GunAz.TV-nin xəbərinə gör, məqalə Frank Cakob və Parg Kanna adlı iki tədqiqatçının araşdırmalarının nəticələridir. Tədqiqatın vahid Azərbaycanla bağlı hissəsində yazılıb ki, İranın şimal-qərbinin əhalisinin böyük hissəsi türk dilində danışan azərbaycanlılardır. Onlar İrandan ayrılıb müstəqil dövlət qurmaq potensialına malikdirlər. Həmin nəşrdə verilən xəritədə müstəqil ola bilən ərazinin əhalisinin sayı 24 milyon göstərilir. Diqqətçəkən odur ki, qəzetdə əksini tapan xəritədə Azərbaycanın əzəli ərazisi hesab edilən və hazırda kürdlərin köçərək kürdləşdirməyə çalışdığı Qərbi Azərbaycan bölgəsi də tam haqlı olaraq Güney Azərbaycan ərazisi olaraq göstərilib.

Bu arada Güney Azərbaycana beynəlxalq diqqətin artmasını isbatlayan daha bir fakt ortaya çıxıb. Belə ki, İtaliyanın milli tədqiqatlar qrupunun rəisi Qərbi Azərbaycan Vilayətinin eradan əvvəl birinci minilliyin əsas arxeoloji tədqiqatlar mərkəzi olduğunu bildirib. Don Roberto Qərbi Azərbaycanın mədəni miras, əl işləri və turist təşkilatının baş müdiri ilə görüşdə bildirib ki, “Qərbi Azərbaycan eradan əvvəl birinci minilliyin urartu və manna dövrünün arxeoloji tədqiqatlar mərkəzidir. İtaliyanın arxeoloji tədqiqatlar qrupu Qərbi Azərbaycana səfər edib və eradan əvvəl birinci minilliyi, Urartu və mannalar dövrünü araşdırmağa başlayıb. Bu barədə "araz news" yerli mətbuata istinadən məlumat yayıb.

Həmin qrupun rəisi bildirib ki, “Qərbi Azərbaycan arxeoloji Tədqiqatlar üçün böyük bir xəzinədir və biz burda Urartu və mannalar dövrü barəsində tədqiqatlar aparmağa hazırıq”.


Teqlər:





Xəbər lenti